Ana Sayfa > Özəl > Maskdan COVID-19 iddiası: ABŞ-ı günahlandırdı

Maskdan COVID-19 iddiası: ABŞ-ı günahlandırdı


Bu gün, 10:30. Yazar: vasif
Maskdan COVID-19 iddiası: ABŞ-ı günahlandırdı




Amerikalı milyarder və texnologiya sahibkarı Elon Musk COVID-19 pandemiyasının mənşəyi ilə bağlı növbəti dəfə mübahisəli açıqlama verib.

Mask sosial şəbəkədə etdiyi paylaşımda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi layihələrə toxunaraq bildirib ki, həmin maliyyələşdirmə COVID-19-un yaradılması prosesində mühüm rol oynayıb.

O, bu fikri Vuhan Virusologiya İnstitutunun maliyyələşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən səsləndirib. Mask paylaşımında qısa şəkildə "USAID-in maliyyələşdirməsi COVID-19-un yaradılmasında mərkəzi rol oynayıb" ifadəsini işlədib.

Qeyd edək ki, koronavirusun mənşəyi ilə bağlı müzakirələr pandemiyanın ilk günlərindən davam edir. Bir sıra dairələr virusun təbii yolla yarandığını iddia etdiyi halda, digər tərəf laboratoriya sızması ehtimalının araşdırılmalı olduğunu bildirir.

Bununla belə, COVID-19-un necə yarandığı barədə beynəlxalq elmi ictimaiyyətdə hələ də yekdil mövqe formalaşmayıb. Müxtəlif kəşfiyyat qurumları və tədqiqat mərkəzləri fərqli ehtimallar üzərində dayanmağa davam edir.

Maskın son açıqlaması da sosial şəbəkələrdə geniş rezonans doğurub və pandemiyanın mənşəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Geri dön