Ana Sayfa > İqtisadiyyat > "Azeri Light” 76 dollara satılır

"Azeri Light” 76 dollara satılır


Bu gün, 09:56. Yazar: azer
"Azeri Light” 76 dollara satılır

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

aia.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,38% və ya 4,24 dollar ucuzlaşaraq 76,38 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 79,76 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Geri dön