Ana Sayfa > Ölkə > Aşura günü bu nöqtələrdə qan verə bilərsiniz -
Aşura günü bu nöqtələrdə qan verə bilərsiniz -Bu gün, 12:42. Yazar: Subhan |
![]() Aşura günü münasibətilə ölkənin müxtəlif şəhər və rayonlarında qanvermə aksiyaları təşkil olunacaq. aia.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb. Məlumatda bildirilib ki, məhərrəmlik dönəmində keçirilən önəmli tədbirlərdən biri olan Aşura günü qanvermə aksiyası Kərbəla şəhidlərinin xatirəsinə həsr olunur. Qeyd edilib ki, bu təşəbbüs müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunələrindən biri hesab edilir və bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü, eləcə də Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. QMİ-nin açıqladığı siyahıya əsasən, qanvermə aksiyası aşağıdakı ünvanlarda baş tutacaq: Xəzər rayonu – Mirmövsüm Ağa Ziyarətgahı Nəsimi rayonu – Əjdərbəy məscidi (Göy məscid) Nizami rayonu – “Sahib-əz-Zaman” və “Şah Abbas” məscidləri Səbail rayonu – “Bibiheybət” məscid ziyarətgahı Sabunçu rayonu – “İmam-Rza” məscidi Suraxanı rayonu – “Qaraçuxur” məscidi Yasamal rayonu – “Təzə Pir” məscidi və İlahiyyat İnstitutu Binəqədi rayonu – Came məscidi və “İmam Əli” məscidi Gəncə şəhəri – “İmamzadə” məscid ziyarətgah kompleksi Lənkəran – Mərkəzi Qan Bankının Lənkəran bölməsi Mingəçevir – “Heydər” məscidi Sumqayıt – “Cümə” məscidi Şəki – “İmam Əli” məscidi Şirvan – Şirvan şəhər məscidi Bərdə – “İmamzadə” ziyarətgah məscidi Quba – Mərkəzi Qan Bankının Quba bölməsi Masallı – “Cümə” məscidi və Boradigah qəsəbə xəstəxanası Göyçay – “Əbülfəzlil Abbas” məscidi Xaçmaz – Rayon Mərkəzi Xəstəxanası Salyan – “Hacı Tağı” məscidi Şuşa – “Yuxarı Gövhər ağa” məscidi Ağdam – Ağdam şəhər “Cümə” məscidi Naxçıvan şəhəri – “Heydər”, Sarvanlar və Pirqəmiş məscidləri Babək – Mərkəzi Rayon Xəstəxanası, Qahab, Cəhri və Nehrəm kənd həkim məntəqələri Ordubad – Rayon Mərkəzi Xəstəxanası Culfa – Rayon Mərkəzi Xəstəxanası və Bənəniyar kənd həkim məntəqəsi Şahbuz – Rayon Mərkəzi Xəstəxanası Kəngərli – Rayon Mərkəzi Xəstəxanası Sədərək – Rayon Mərkəzi Xəstəxanası Şərur – Rayon Mərkəzi Xəstəxanası Qeyd edək ki, Aşura günü keçirilən qanvermə aksiyaları hər il yüzlərlə ehtiyacı olan xəstənin müalicəsinə dəstək məqsədi daşıyır və cəmiyyət tərəfindən yüksək rəğbətlə qarşılanır. aia.az Geri dön |