Ana Sayfa > Şou-biznes > Danla Bilicin durumu pisləşdi

Danla Bilicin durumu pisləşdi


Bu gün, 12:22. Yazar: Subhan
Danla Bilicin durumu pisləşdi

Sosial media fenomeni Danla Bilic səhhəti ilə bağlı paylaşımıyla izləyicilərini narahat edib.

aia.az xəbər verir ki, Türkiyənin məşhur fenomenlərindən olan Danla Bilic xəstəxana otağından paylaşım edərək təcili əməliyyata alındığını açıqlayıb.

Fenomen paylaşımında "Bir əvvəlki storidən sonra təcili əməliyyata alındım" sözlərini yazsa da, əməliyyatın səbəbi ilə bağlı hər hansı məlumat verməyib. Bu paylaşım qısa zamanda izləyiciləri arasında narahatlıq yaradıb və onun səhhəti ilə bağlı suallar ortaya çıxarıb.

Qeyd edək ki, Danla Bilic daha əvvəl də sağlamlıq problemləri yaşamışdı. Təxminən 4 il əvvəl etdirdiyi omba dolğusunun orqanizmində infeksiyaya səbəb olduğunu açıqlayan fenomen həmin dövrdə bir neçə əməliyyat keçirmişdi. O, həmin vaxt izləyicilərinə estetik prosedurlarla bağlı ehtiyatlı olmağı tövsiyə etmiş və "Omba dolğusu etdirməyin" xəbərdarlığını səsləndirmişdi.

Hazırda Danla Bilicin hansı səbəbdən əməliyyat olunduğu məlum deyil. Fenomenin səhhəti ilə bağlı yaxın günlərdə əlavə açıqlama verəcəyi gözlənilir.

aia.az
Geri dön