Ana Sayfa > Karusel / İqtisadiyyat > AMB uçot dərəcəsini sabit saxladı

AMB uçot dərəcəsini sabit saxladı


Bu gün, 11:04. Yazar: Subhan
AMB uçot dərəcəsini sabit saxladı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

aia.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.

"Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonunda sabitləşməsi, geosiyasi vəziyyət, qlobal maliyyə bazarlarında meyillər və ölkədaxili makroiqtisadi mühit nəzərə alınıb", - deyə AMB bəyan edib.

aia.az
Geri dön