Ana Sayfa > İdman > Kolumbiya Konqonu məğlub edib pley-off-a yüksəldi
Kolumbiya Konqonu məğlub edib pley-off-a yüksəldiBu gün, 10:19. Yazar: Subhan |
![]() Dünya Çempionatının K qrupunda Kolumbiya Konqo üzərində minimal hesablı qələbə qazanaraq, pley-off mərhələsinə vəsiqəni təmin edib. aia.az xəbər verir ki, Qvadalaxarada keçirilən qarşılaşmanın taleyini 76-cı dəqiqədə Daniel Munyos həll edib. Müdafiəçidən qayıdan topu cərimə meydançası daxilində sol ayaqla qapıya göndərən futbolçu Kolumbiyaya 1:0 hesablı qələbə qazandırıb. Oyunun ilk hissəsində Konqo qapıçısı Lionel Mpasi möhtəşəm oyun nümayiş etdirərək, ilk 20 dəqiqədə beş təhlükəli zərbəni dəf edib və komandasını oyunda saxlayıb. Lakin ikinci hissədə Munyosun zərbəsi qarşısında aciz qalıb Beləliklə, Kolumbiya qrupda keçirdiyi iki oyundan maksimum – 6 xal toplayaraq vaxtından əvvəl DÇ-nin pley-off mərhələsinə yüksəlib. K qrupunun digər oyununda Portuqaliya Özbəkistanı 5:0 hesabı ilə məğlub edib. Kriştianu Ronaldo həmin görüşdə dubla imza atıb. Hazırda Kolumbiya 6 xalla liderdir, Portuqaliya 5 xalla ikinci, Konqo isə 1 xalla üçüncü pillədə qərarlaşıb. Kolumbiya qrup liderliyini təmin etmək üçün son turda Portuqaliya ilə heç-heçə etməsi kifayət edəcək. Bu nəticə Portuqaliyanın da pley-off mərhələsinə yüksəlməsinə imkan verəcək. Dünya reytinqində 11-ci pillədə qərarlaşan Kolumbiya turnirə Özbəkistan üzərində 3:1 hesablı qələbə ilə başlamışdı. aia.az Geri dön |