Ana Sayfa > Gündəm > Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub


Dünən, 21:56. Yazar: azer
Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

17 iyun — Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda xüsusi təqdimat mərasimi keçirilib.

Newscenter.az xəbər verir ki, Qlobal Həmrəylik Şurası adından və David Seliverstovun təşəbbüsü ilə İnstituta mükafat vasitəsi təqdim olunub. Təqdimat mərasimində Roman Şeydayev də iştirak edib.

Qeyd olunub ki, bu təşəbbüs yalnız bayram münasibətilə təqdim olunan simvolik dəstək deyil, həm də gələcək əməkdaşlığın inkişafına xidmət edən mühüm addımdır. Tərəflər arasında birgə əməkdaşlığın genişləndirilməsi, tibbi təkmilləşdirmə sahəsində yeni layihələrin hazırlanması, süni intellekt texnologiyalarının tətbiqi və səhiyyə sahəsində innovativ yanaşmaların inkişafı istiqamətində işlərin aparılması nəzərdə tutulur.


Eyni zamanda əhalinin sağlamlığının qorunması, profilaktik tədbirlərin gücləndirilməsi və maarifləndirici layihələrin həyata keçirilməsi istiqamətində birgə təşəbbüslərin hazırlanması planlaşdırılır.

Bu təşəbbüs Qlobal Həmrəylik Şurası ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu arasında əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirilir.
Əsas çağırış budur: həkimə dəstək insana dəstəkdir. Sağlam gələcək isə yalnız elm, texnologiya, həmrəylik və insan dəyəri bir araya gələndə qurulur.

Süleyman
Geri dön