Ana Sayfa > Ölkə > "General Hospital"ın lisenziyası ləğv edildi

"General Hospital"ın lisenziyası ləğv edildi


Bu gün, 16:40. Yazar: Subhan
"General Hospital"ın lisenziyası ləğv edildi

Bir müddət əvvəl saytımızda "General Hospital" tərəfindən vətəndaşa saxta sağlamlıq arayışı verilməsinə dair xəbər yayımlamışdıq. Xəbərin ictimailəşməsindən sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) həmin özəl tibb müəssisəsində araşdırmaya başlamışdı.

aia.az "Unikal"a istinadla xəbər verir ki, aşkarlanan nöqsanlardan sonra "General Hospital"ın lisenziyası İqtisadiyyat Nazirliyi tərəfindən ləğv edilib. Həmin klinika artıq özəl tibb müəssisəsi kimi fəaliyyət göstərə bilməyəcək.

Məlumatı İqtisadiyyat Nazirliyindən təsdiqləyiblər.

aia.az
Geri dön