Ana Sayfa > Karusel / Gündəm / Parlament > Milli Məclisin sədri Niger Respublikası Məsləhət Şurasının sədri ilə görüşüb
Milli Məclisin sədri Niger Respublikası Məsləhət Şurasının sədri ilə görüşübBu gün, 15:22. Yazar: azer |
![]() Milli Məclisin sədri Sahibə Qafarova iyunun 23-də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Niger Respublikası Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey ilə görüşüb. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Söhbət zamanı qanunverici orqanlarımızın beynəlxalq parlament təşkilatlarında birgə əməkdaşlığı qeyd olunub. O cümlədən, Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı kimi təşkilatlarda qarşılıqlı dəstəyin əhəmiyyəti ifadə edilib. Spiker Sahibə Qafarova qonağa 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Parlament Şəbəkəsi 5 il ərzində həm institusional inkişaf, həm də beynəlxalq nüfuzunun artması baxımından böyük inkişaf yolu keçib. Mamoudu Haruna Cinqarey göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycanın inkişafı və paytaxt Bakı haqqında müsbət təəssüratlarını ifadə edib. Qonaq ölkəmizin əldə etdiyi nailiyyətləri təqdir edərək, deyib ki, bir çox ölkələr onilliklər ərzində belə, Azərbaycanın son illərdə qazandığı uğurlara nail ola bilməyiblər. Məsləhət Şurasının sədri Nigerin Azərbaycan və Milli Məclis ilə münasibətləri dərinləşdirməkdə maraqlı olduğunu söyləyərək, ölkəmizin bir çox sahələrdə, o cümlədən enerji resurslarından səmərəli istifadə istiqamətində təcrübəsindən faydalanmaq istədiklərini vurğulayıb. Qonaq həmçinin parlamentlərarası əməkdaşlıq məsələləri barədə fikirlərini bildirib, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətində bundan sonra da aktiv iştirak edəcəklərini diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb. Geri dön |