Ana Sayfa > Özəl > Amerikalı basketbolçu İran millisində çıxış edəcək
Amerikalı basketbolçu İran millisində çıxış edəcəkBu gün, 16:05. Yazar: vasif |
![]() İran kişi basketbol millisinin heyətinə gözlənilməz çağırış edilib. ABŞ vətəndaşı olan basketbolçu Rayan Salehi-Rad İran milli komandasının düşərgəsinə dəvət alıb. İran mətbuatının yaydığı məlumata görə, bu qərar milli komandanın baş məşqçisi Sotiris Manolopoulos tərəfindən verilib. Mütəxəssis qarşıdakı vacib qarşılaşmalar öncəsi heyəti gücləndirmək məqsədilə Salehi-Radı milliyə cəlb edib. Amerikalı basketbolçu indiyədək ABŞ-da müxtəlif universitet və kollec komandalarının formasını geyinib. Onun çıxışı və potensialı məşqçilər korpusunun diqqətini çəkdiyi üçün milli komandaya dəvət olunub. Məlumata əsasən, Rayan Salehi-Rad İran millisinin 2027-ci il Basketbol üzrə Dünya Kubokunun seçmə mərhələsində İordaniya və Suriyaya qarşı keçirəcəyi təxirə salınmış oyunlarda komandanın heyətində yer alacaq. İran Basketbol Federasiyası bu addımı milli komandanın rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm qərarlardan biri kimi qiymətləndirir. Basketbolçunun beynəlxalq təcrübəsinin və ABŞ basketbol məktəbində qazandığı biliklərin komandanın oyununa müsbət təsir göstərəcəyi gözlənilir. Qeyd edək ki, son illərdə İran millisi xaricdə yetişmiş iranəsilli idmançıların milli komandaya cəlb olunması siyasətini genişləndirib. Rayan Salehi-Rad da bu strategiya çərçivəsində İran millisinin heyətinə qoşulan növbəti basketbolçu olub. Geri dön |