Ana Sayfa > Özəl > “Qarabağ”dan ayrılan qapıçının yeni ünvanı açıqlandı
“Qarabağ”dan ayrılan qapıçının yeni ünvanı açıqlandıBu gün, 14:34. Yazar: vasif |
![]() Azərbaycan çempionu “Qarabağ”dan ayrılan qapıçı Fabian Buntiçin karyerasını hansı klubda davam etdirəcəyi bəlli olub. Xorvatiyalı qolkiper bundan sonra Portuqaliyanın ikinci liqa təmsilçisi olan “Farense”nin uğurları üçün mübarizə aparacaq. Klubun mətbuat xidməti transferi rəsmən açıqlayıb və yeni futbolçusunu azarkeşlərə təqdim edib. “Farense” sosial media hesablarında paylaşdığı məlumatda “Xoş gəldin, Buntiç!” mesajı ilə qapıçının komandaya qoşulduğunu elan edib. Fabian Buntiç “Qarabağ”a 2024-cü ildə Almaniyanın “İnqolştadt” klubundan transfer olunmuşdu. O, Ağdam təmsilçisinin heyətində çıxış etdiyi müddətdə həm daxili yarışlarda, həm də beynəlxalq arenada komandanın uğurları üçün çalışıb. Portuqaliya klubuna keçid Buntiç üçün yeni çağırış hesab olunur. Təcrübəli qapıçı artıq yeni komandasında əsas heyət uğrunda mübarizə aparacaq və karyerasında növbəti mərhələyə qədəm qoyacaq. Qeyd edək ki, “Farense” yeni mövsümdə yenidən yüksək liqaya vəsiqə qazanmaq məqsədi ilə heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir və Fabian Buntiç transferi də bu strategiyanın bir hissəsi kimi qiymətləndirilir. Geri dön |