Ana Sayfa > Özəl > Tramp: “İranın pulu yalnız ABŞ məhsullarına xərclənəcək”

Tramp: “İranın pulu yalnız ABŞ məhsullarına xərclənəcək”


Bu gün, 18:16. Yazar: vasif
Tramp: “İranın pulu yalnız ABŞ məhsullarına xərclənəcək”


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın dondurulmuş aktivlərinə çıxış yalnız müəyyən şərtlər çərçivəsində mümkün olacaq və həmin vəsaitlər əsasən ABŞ kənd təsərrüfatı məhsullarının alınmasına yönəldilməlidir. Onun sözlərinə görə, İran bu pulla qarğıdalı, soya və digər ərzaq məhsullarını ABŞ-dan alacaq.

Tramp həmçinin bildirib ki, Hörmüz boğazında vəziyyət sabitləşir və son günlər bölgədən keçən neft tankerlərinin sayı artıb. ABŞ liderinin sözlərinə görə, boğaz hazırda tam açıqdır və enerji daşımalarında ciddi problem müşahidə olunmur.

İranın nüvə proqramına da toxunan Tramp vurğulayıb ki, Vaşinqton və Tehran arasında danışıqlar davam edir, lakin ABŞ-ın mövqeyi dəyişməz qalır: “İran heç vaxt nüvə silahına sahib olmayacaq”.

Bununla yanaşı, İran rəsmiləri ABŞ tərəfinin dondurulmuş vəsaitlərin yalnız Amerika məhsullarının alınmasına yönəldilməsi ilə bağlı iddialarını qəbul etməyərək, həmin pulların istifadəsi barədə qərarın yalnız Tehran tərəfindən veriləcəyini bildiriblər.
Geri dön