Ana Sayfa > Ölkə > Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMADünən, 22:38. Yazar: vasif |
![]() 2026-cı ildə Bakı Metropolitenində abunə, limitsiz və çoxgedişli gediş paketlərinin tətbiqi nəzərdə tutulmur. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. "Lakin bu istiqamətdə araşdırmalar aparılır və gələcək tətbiq üçün əsas tələblər müəyyən edilir. Tarif siyasəti ilə bağlı olaraq paketlərin qiymətləri və istifadə qaydalarının səlahiyyətli qurum tərəfindən təsdiqlənməsı, eyni zamanda sərnişinlərin şəxsi məlumatlarının qorunması, həmçinin təhlükəsizlik və əməliyyat baxımından kartlarla bağlı mümkün qanunsuzluqların qarşısının alınması, pilot layihənin həyata keçirilməsi və sərnişinlər arasında məlumatlandırma işlərinin aparılması vacibdir". Qurumdan verilən məlumatda qeyd olunub ki, həmçinin texniki baxımdan turniket və oxuyucuların yenilənməsi və ya proqram təminatının təkmilləşdirilməsi tələb olunur: "Bu sistemlər vaxt əsaslı abunələri (həftəlik, aylıq, illik) tanımalı, limitsiz istifadəni düzgün tətbiq etməli və çoxgedişli paketlərdə gediş sayını avtomatik olaraq azaltmalıdır. Bundan əlavə, abunələrin avtomatik aktivləşdirilməsi və illik limitsiz kartlar üçün fərdi identifikasiya kimi funksiyalar da təmin edilməlidir. Gələcəkdə tarif siyasətində dəyişikliklərin və yeni ödəniş modellərinin tətbiqi üçün sistem çevik olmalı, açıq standartlardan istifadə edilməli və hesab əsaslı bilet sisteminə keçid nəzərdən keçirilməlidir. Eyni zamanda ödəniş üsullarının daha ədalətli və səmərəli tarif mexanizminin formalaşdırılmasına, sərnişin rahatlığının artırılmasına və sərnişin axınının daha düzgün idarə olunmasına xidmət etməsi prioritet vəzifələrdəndir", - deyə rəsmi məlumatda vurğulanıb. Geri dön |