Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan və Türkmənistan bu barədə razılığa gəlib

Azərbaycan və Türkmənistan bu barədə razılığa gəlib


Bu gün, 17:00. Yazar: Subhan
Azərbaycan və Türkmənistan bu barədə razılığa gəlib

Azərbaycan və Türkmənistan birgə səylər nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətini daha da əlaqələndirmək barədə razılığa gəlib.

aia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatla çıxış edərkən deyib.

Prezident vurğulayıb ki, bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışılıb:

"İki ölkə arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır. Hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq".

aia.az
Geri dön