Ana Sayfa > Manşet / Siyasət / Parlament > İƏTPİ Baş Katiblər Assosiasiyasının 7-ci iclasına Fərid Hacıyev sədrlik edib
İƏTPİ Baş Katiblər Assosiasiyasının 7-ci iclasına Fərid Hacıyev sədrlik edibBu gün, 15:58. Yazar: azer |
![]() İyunun 22-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində Baş Katiblər Assosiasiyasının 7-ci iclası keçirilib. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. İclasa Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev sədrlik edib. Fərid Hacıyev iştirakçıları Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayıb, onlara uğurlar arzulayıb. Milli Məclis Aparatının rəhbəri müasir dövrdə parlament administrasiyalarında yeni idarəetmə mexanizmlərinin və müasir texnologiyaların tətbiqi, qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı fikirlərini bölüşüb. Milli Məclisdə həyata keçirilən rəqəmsal transformasiya tədbirlərindən danışan Aparat rəhbəri parlamentin müxtəlif fəaliyyət istiqamətləri üzrə bir sıra innovativ həllərin tətbiqi, müvafiq elektron sistemlərin yaradılması, sənəd dövriyyəsinin rəqəmsallaşdırılması, xüsusi mobil tətbiqlərin istifadəyə verilməsi, habelə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində görülən mühüm işlər barədə məlumat verib. Fərid Hacıyev İƏTPİ Baş Katibləri Assosiasiyasının üzv parlamentlər arasında təcrübə mübadiləsi və əməkdaşlıq üçün səmərəli platforma olduğunu qeyd edib. O, aktual mövzular üzrə təcrübə mübadiləsində Assosiasiyanın potensialından istifadə edilməsinin əhəmiyyətini vurğulayıb. Sonra iclasın gündəliyi müzakirə olunub, bir sıra təşkilati məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub. Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov iclasın məruzəçisi seçilib. Müzakirələr zamanı çıxış edənlər müasir dövrdə parlamentlərin səmərəli fəaliyyətinin təmin olunmasında peşəkar və çevik parlament aparatlarının rolunu vurğulayıblar, qanunvericilik orqanlarının institusional potensialının artırılmasının əhəmiyyətindən danışıblar. Tədbirdə üzv dövlətlərin parlament aparatlarının fəaliyyətinə dair təqdimatlar dinlənilib, parlamentlərin inzibati fəaliyyətinin təkmilləşdirilməsi, tədqiqat və informasiya xidmətlərinin inkişafı, rəqəmsal həllərin tətbiqi istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Geri dön |