Ana Sayfa > Özəl > Gümrüdən Moskvaya uçan sərnişin təyyarəsi həyəcan siqnalı verdi
Gümrüdən Moskvaya uçan sərnişin təyyarəsi həyəcan siqnalı verdiBu gün, 14:24. Yazar: vasif |
![]() Ermənistanın Gümrü şəhərindən Rusiyanın paytaxtı Moskvaya istiqamətlənən sərnişin təyyarəsində fövqəladə vəziyyət yaranıb. Məlumata görə, “Boeing 737” tipli hava gəmisi havaya qalxdıqdan təxminən bir saat sonra ekipaj tərəfindən ümumi fövqəladə vəziyyət siqnalı göndərilib. Hadisə təyyarə Dağıstan üzərində uçarkən baş verib. Uçuşun izlənilməsi sistemlərində qeydə alınan məlumatlara əsasən, ekipaj təhlükəsizlik prosedurlarına uyğun hərəkət edərək ən yaxın hava limanlarından birinə yönəlib. Bildirilib ki, təyyarə daha sonra Mahaçqala hava limanında uğurla eniş edib. İlkin məlumatlarda sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alanların olmadığı qeyd olunur. Hazırda fövqəladə siqnalın verilməsinə səbəb olan amillərin araşdırıldığı bildirilir. Rəsmi qurumlar hadisənin texniki nasazlıq, təhlükəsizlik tədbiri və ya digər səbəblərlə bağlı olub-olmaması barədə əlavə məlumat verməyiblər. Hadisə ilə bağlı araşdırmalar davam edir. Geri dön |