Ana Sayfa > İdman > “Araz-Naxçıvan”dan yeni transfer

“Araz-Naxçıvan”dan yeni transfer


Bu gün, 14:16. Yazar: Subhan
“Araz-Naxçıvan”dan yeni transfer

“Araz-Naxçıvan” Rəşad Həsənovu transfer edib.

aia.az xəbər verir ki, bu barədə klub paylaşımında bildirilib.

Mərkəz müdafiəçisi yeni mövsümdə Naxçıvan təmsilçisinin formasını geyinəcək. Onunla imzalanan müqavilənin müddəti 1 illikdir.

“Keşlə”, “Şamaxı” və “Zirə-2” klublarında çıxış edən 23 yaşlı futbolçu son mövsümü I Liqada mübarizə aparan “Cəbrayıl”ın heyətində keçirib. O, müxtəlif illərdə Azərbaycanın U-16, U-17, U-19 və U-21 millilərinə də dəvət alıb.

aia.az
Geri dön