Ana Sayfa > Siyasət / Parlament > İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının spikeri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının spikeri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edibBu gün, 13:10. Yazar: azer |
![]() İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi ölkəmizə rəsmi səfəri çərçivəsində iyunun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. İordaniya Nümayəndələr Palatası spikerinin başçılıq etdiyi parlament nümayəndə heyəti həmçinin Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub, Vətən müharibəsində həlak olanların xatirəsini ehtiramla anıb. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib. Ziyarət zamanı Mazen Torki Saud Əl-Qadini Milli Məclis sədrinin müavini Musa Qasımlı, Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev və digər rəsmi şəxslər müşayiət ediblər. Geri dön |