Ana Sayfa > Ölkə > Torpağı işğal et, sonra da özünü qurban göstər – köhnə taktika iş başında

Torpağı işğal et, sonra da özünü qurban göstər – köhnə taktika iş başında


Dünən, 22:27. Yazar: vasif
Torpağı işğal et, sonra da özünü qurban göstər – köhnə taktika iş başında


Ermənistanda bəzi ekspertlər və siyasətçilər hələ də Azərbaycan ərazilərində məhv edilmiş erməni hərbçilərini “qurban” kimi təqdim etməyə çalışırlar. Bu yanaşma isə Azərbaycanda ciddi suallar doğurur.

Ermənistanlı ekspert Tatyevik Ayrapetyan Azərbaycana qarşı beynəlxalq məhkəmə iddialarının geri götürülməməli olduğunu bildirib. O, müxtəlif dövrlərdə həlak olmuş erməni hərbçiləri ilə bağlı məhkəmə qərarlarının əhəmiyyətindən danışıb və Ermənistanın hüquqi mübarizəni davam etdirməli olduğunu vurğulayıb.

Lakin Azərbaycan ictimaiyyətində bu cür açıqlamalar gülünc qarşılanır. Çünki Qarabağ və ətraf rayonlar uzun illər Ermənistanın işğalı altında qalıb, yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin salınıb, şəhər və kəndlər dağıdılıb, Xocalıda soyqırımı törədilib.

1988-ci ildən işğalçı hərəkata başlayan revanşist düşüncəli dairələrin ilk növbədə öz tarixlərinə nəzər salmalıdır.
Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə ağır cinayətlər törədilib, 1918-ci soyqırımı, 1988 -ci ildən başlayaraq Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası, doğma yurdlarından qovulması, 1992-ci ildə Xocalıda baş verən soyqırım, Azərbaycan torpaqlarının işğalı, yaşayış məntəqələrinin dağıdılması və talan edilməsi təkzibolunmaz bir faktdır.

Həmçinin işğal altında saxlanılan rayon və şəhərlərdə geniş dağıntılar törədilib, yaşayış məntəqələri viran qoyulub, infrastruktur və obyektlər məhv edilib.

Bu baxımdan maraqlı sual ortaya çıxır: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində həmin erməni hərbçilərinin orada nə işi var idi?

Xatırladırıq ki, 2016-cı ilin Aprel döyüşləri, 2020-ci il Vətən müharibəsi və sonrakı əməliyyatlar ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasına xidmət edib. Bu səbəbdən Azərbaycan cəmiyyətində işğalçı qüvvələrin nümayəndələrinin “günahsız qurban” kimi təqdim olunması birmənalı olaraq qəbul edilmir.

Birmənalı olaraq, Azərbaycan öz suveren ərazilərində əməliyyatlar aparıb və həmin ərazilərdə yerləşən qanunsuz silahlı qüvvələr legitim hərbi hədəf hesab olunub. Məhz buna görə də bəzi ekspertlərin və siyasətçilərin bu hadisələri fərqli təqdim etməsi absurddur.musavat.com
Geri dön