Ana Sayfa > Şou-biznes > "Ali təhsili olmayan sənətçi başa bəla olur" – Brilliant Dadaşovadan sərt sözlər

"Ali təhsili olmayan sənətçi başa bəla olur" – Brilliant Dadaşovadan sərt sözlər


Dünən, 22:00. Yazar: vasif
"Ali təhsili olmayan sənətçi başa bəla olur" – Brilliant Dadaşovadan sərt sözlər


Xalq artisti Brilliant Dadaşova gənclərə müraciət edərək səhnəyə gəlmək istəyənlərin mütləq ali təhsil almasının vacibliyini vurğulayıb.

aia.az xəbər verir ki, sənətçi bu barədə "Öz aramızda" verilişində danışıb.

Brilliant Dadaşova bildirib ki, artıq bir neçə ildir təhsil aldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir və gəncləri həmin ali təhsil ocağında təhsil almağa çağırır:

"Artıq bir neçə ildir ki, təhsil aldığım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrim var. Səhnəyə çıxmaq, peşəkar sənətkar olmaq istəyən bütün gəncləri həmin universitetə dəvət edirəm. Mütləq təhsil alsınlar, öz üzərlərində işləsinlər.

Gənclərə müraciət edirəm – mütləq savadlı olun. Çünki ali təhsili olmayan insan, vallah, başa bəla olur. İncəsənətdə də mütləq ali təhsil olmalıdır. Xüsusilə mədəniyyət sahəsində savad çox önəmlidir. Səhnə danışığı, səhnə duruşu, səhnə hərəkətləri və digər peşəkar vərdişlər öyrənilməli, incəsənət xadimi bunları əyani şəkildə təhsil alaraq mənimsəməlidir".
Geri dön