Ana Sayfa > Dünya > Ukrayna siyasilərindən mühüm jest: Hamı Polşanın verdiyi orden və mükafatları qaytarır
Ukrayna siyasilərindən mühüm jest: Hamı Polşanın verdiyi orden və mükafatları qaytarırBu gün, 11:16. Yazar: vasif |
![]() Polşa prezidenti Karol Navrotskinin Ukrayna prezidenti Volodimir Zelenskini Polşanın Ağ Qartal ordenindən məhrum etməsindən sonra iki ölkə arasında siyasi gərginlik yaranıb. aia.az xəbər verir ki, Polşa prezidentinin qərarından sonra Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Polşa Respublikasının Ləyaqət Ordenini Polşaya qaytardığını elan edib. Şənbə günü səhər Ukrayna prezident administrasiyasının rəhbəri və keçmiş kəşfiyyat rəisi Kirilo Budanov da Ləyaqət Ordenindən imtina etdiyini açıqlayıb. O, Navrotskinin qərarını "Moskva təcavüzkarına hədiyyə" adlandırıb və bildirib ki, “o, bundan hər ikimizə qarşı istifadə etmək fürsətini əldən verməyəcək”. Onun nümunəsini izləyərək, Ukraynanın Polşadakı səfiri Vasil Bodnar eyni mükafatını geri qaytardığını bəyan edib. Zelenski isə qərardan xəbər tutan kimi ordeni geri göndərib. O həmçinin tarixə nəzər salaraq Polşa prezidentinin qərarının paradoks yaratdığını vurğulayıb: "Polşa prezidenti demişdi ki bu orden adı mükafat deyil. Bu Pospolita Reçinin yüksək etimadıdır. Onun sözlərinə görə bu mükafat Polşa dövləti ilə dostluq və xalqının minnətdarlığını ehtiva edir. Navrotskiy deyib ki, bu simvol təkcə xidmətlər deyil, onların cəmiyyətinin əsasını təşkil edən dəyərlərə hörmət də tələb edir. Əgər bu sözlərdən sonra hesab edirlərsə ki, bu mükafat alanlar siyahısında ikinci Ekaterina, Benito Mussolini şəxslər qala bilər, biz bu barədə mübahisə etməyəcəyik". Daha sonra prosesə Ağ Qartal ordeninə layiq görülmüş keçmiş Ukrayan prezidentləri qoşulub. Bu mükafatı alan Ukraynanın ilk prezidenti Leonid Kravçuk vəfat edib... İkinci prezident Leonid Kuçma, üçüncü prezident Viktor Yuşşenko, seçkilərdə Zelenskiyə məğlub olan, hazırda isə aralarında ciddi siyasi çəkişmə olan beşinci prezident Petr Poroşenko da Ağ Qartal ordenindən imtina ediblər. Beləliklə, Ukrayna siyasi liderləri dövlətin rəhbəri olan Zelenskiyə qarşı hörmətsizliyə vahid mövqe nümayişi ilə cavab veriblər. Geri dön |