Ana Sayfa > Dünya > Beyindən gələn fikir səsə çevrilir– inanılmaz texnologiya
Beyindən gələn fikir səsə çevrilir– inanılmaz texnologiyaBu gün, 12:39. Yazar: vasif |
![]() Danışıq qabiliyyətini itirmiş bir xəstə yeni texnologiya sayəsində fikirlərini yenidən sözə çevirə bilib. "aia.az" xəbər verir ki, ABŞ-də alimlər beyin-kompüter interfeysləri sahəsində mühüm nəticə əldə ediblər. Yeni texnologiya iflic vəziyyətində olan xəstəyə fikirlərini demək olar ki, səhvsiz şəkildə ifadə etməyə imkan verir. Kaliforniya Universitetinin alimləri 45 yaşlı Keysi Harrell üzərində apardıqları təcrübə ilə diqqət çəkən uğura imza atıblar. Amiotrofik lateral sklerozdan (ALS) əziyyət çəkən xəstənin beyin qabığına 256 elektrod implantasiya olunub. Sistem Keysi Harrellin sözləri tələffüz etməyə çalışarkən yaranan neyron siqnallarını oxuyur, onları dərhal mətnə və süni səsə çevirir. Xəstə sadəcə danışdığını təsəvvür edir, kompüter isə beyin siqnallarını analiz edərək onları sözlərə çevirir. Texnologiya sözləri 97,5 faiz dəqiqliklə tanıyır. Nəticədə Harrell dəqiqədə 62 söz sürəti ilə danışa bilir. Süni intellekt onun xəstələnməzdən əvvəlki səs yazıları əsasında öyrədildiyi üçün sistem ailə üzvləri ilə ünsiyyətdə robot səsi deyil, məhz onun öz səsinə bənzər səsdən istifadə edir. Keysi Harrell bu sistemi ev şəraitində hər gün 9–10 saat istifadə edir, ailəsi ilə ünsiyyət saxlayır və internetdə işləyir. Təcrübənin 19 ayı ərzində o, bu texnologiya vasitəsilə 2 milyondan çox söz səsləndirib.(Musavat.com) Geri dön |