Ana Sayfa > İqtisadiyyat > Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI

Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI


Dünən, 20:19. Yazar: vasif
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI


Bu ilin yanvar-may aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 8,828 milyon ton xam neft və bitumlu süxurlardan əldə edilən neft məhsulları ixrac edilib. Bu ixracın dəyəri 5,121 milyard ABŞ dolları təşkil edib.

"aia.az" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı Azərbaycanın xarici ticarətinin gömrük statistikasında bildirilib.

2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2 faiz, həcm ifadəsində isə 1,535 milyon ton və ya 14,8 faiz azalıb.

Bu ilin yanvar-may aylarında Azərbaycan neftinin ən böyük üç idxalçısı sırasında ilk yeri İtaliya tutub. Bu ölkəyə 5,339 milyon ton neft 3,021 milyard ABŞ dolları dəyərində ixrac olunub. Sonrakı yerlərdə Rumıniya (461,3 min ton, 247,8 milyon ABŞ dolları) və Çexiya (433,1 min ton, 245,7 milyon ABŞ dollarından çox) qərarlaşıb.

Cədvəldə 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan ən çox xam neft və neft məhsulları idxal edən 10 ölkə göstərilib:

Ölkə

İdxal həcmi İdxal dəyəri (ABŞ dolları ilə)
İtaliya

5 338 870,83

3 020 824 700

Rumıniya

461 317,25

247 844 980

Çexiya

433 064,35

245 721 480

Portuqaliya

395 031,62

221 958 010

Almaniya

360 299,00

210 855 820

Tunis
307 167,03

187 605 080

Yunanıstan

284 374,74

182 764 510

Bolqarıstan

277 990,61

182 322 500

Xorvatiya

276 342,95

162 720 430

Tailand

137 360,18

103 328 320

Digər
556 733,81

355 432 330

Qeyd edək ki, Azərbaycandan çıxarılan neft qonşu ölkələrə və dünya bazarlarına üç neft kəməri vasitəsilə nəql olunur: Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC). Hazırda Bakı-Supsa kəməri ilə neftin ixracı dayandırılıb.
Geri dön