Ana Sayfa > İdman > Türkiyə millisinin baş məşqçisi Montella: "Futbolçularıma dedim ki, başlarını dik tutsunlar"

Türkiyə millisinin baş məşqçisi Montella: "Futbolçularıma dedim ki, başlarını dik tutsunlar"


Bu gün, 12:36. Yazar: vasif
Türkiyə millisinin baş məşqçisi Montella: "Futbolçularıma dedim ki, başlarını dik tutsunlar"


Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella futbolçularından başlarını dik tutmalarını istəyib.

"Report" qardaş ölkə mediasına istinadən xəbər verir ki, bunu italiyalı mütəxəssis özü DÇ-2026-nın qrup mərhələsində Paraqvaya qarşı keçirilən oyundan sonra deyib.

O, məğlubiyyətin acı olduğunu söyləyib:

"Çox-çox üzgünəm. Türkiyə milləti adından böyük gözləntilər var idi. Bizim də gözləntilərimiz çox böyük idi. Türkiye Futbol Federasyonu adından da çox üzgünəm, onların necə çalışdıqlarını bilirəm. Futbolçuların necə əziyyət çəkdiklərini də bilirəm. 35 ildir futbolun içindəyəm. Belə hal adətən 50 ildə bir dəfə baş verər, amma bizim başımıza cəmi iki oyunda gəldi. İki matçda qapıya 65 zərbə vurduq. Topa sahib olma faizindən isə heç danışmıram. Tale bu dəfə bizim tərəfimizdə deyildi. Futbolçularımıza dedim ki, başlarını dik tutsunlar. Bəzən deyirlər ki, qismətdən o yana yol yoxdur.

Mən həmişə futbolçularımızın nə qədər çalışqan və nə qədər istəkli olduqlarına baxıram. Meydandakı ruhlarına və mübarizə əzmlərinə diqqət yetirirəm. Hamısında inanılmaz bir istək və həvəs var idi. Hər iki oyunda sonadək mübarizə apardılar. Mən onlara hər zaman dəstək olacağam. Heç kim məsuliyyətdən yayınmadı, hər kəs əlindən gələni etdi və mübarizə göstərdi. Təəssüf ki, bu dəfə alınmadı".

Qeyd edək ki, Türkiyə seçməsi D qrupundakı ikinci matçında Paraqvaya 0:1 hesabı ilə uduzub. Bu nəticədən sonra "ay-ulduzlular"ın növbəti mərhələyə yüksəlməyəcəyi dəqiqləşib.
Geri dön