Ana Sayfa > Ölkə > Azərbaycanda yumurta 1 qəpik oldu: SƏBƏB
Azərbaycanda yumurta 1 qəpik oldu: SƏBƏBBu gün, 13:59. Yazar: vasif |
![]() Son günlər Azərbaycanda yumurta qiymətlərinin kəskin ucuzlaşması müşahidə olunur. Müxtəlif market şəbəkələrində sarı yumurtaların 3, ağ yumurtaların isə 1 qəpiyə təklif olunması barədə məlumatlar yayılıb. aia.az-ın məlumatına görə, çoxsaylı sualları nəzərə alaraq, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası qiymət ucuzlaşmasının bazarın tələbi ilə baş verdiyini bəyan edib. Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, hazırda Azərbaycanda gündəlik yumurta istehsalı 6 milyon ədədin üzərindədir: “Ölkə bazarının tələbi 4-4,5 milyon ədəd həddindədir. İstehsal bu tələbdən yüksək olduğu üçün qiymətlər ucuzlaşır. Bu, sırf bazarın tələbinin nəticəsidir”. M.Həsənli onu da qeyd edib ki, son illərdə dövlətin də dəstəyi sayəsində tələbatdan artıq yumurta istehsalı var: “Bu istehsal neçə ildir davam edir. Nəticədə yumurta qiymətlərində hər hansı artım, bahalaşma olmur. Eyni zamanda xaricə ixraca nail olmuşuq. İndi də ixrac gedir, yaxın vaxtlarda ixrac həcmləri daha da artacaq. Bazarın dəyişməz qanunudur ki, təklif tələbdən artıq olanda qiymətlər düşür. Son illərdə yumurta ilə bağlı bir neçə dəfə belə halın şahidi olmuşuq”. Geri dön |