Ana Sayfa > Özəl > Ağ Evə hücum planının əsas təşkilatçısı müəyyən edilib
Ağ Evə hücum planının əsas təşkilatçısı müəyyən edilibBu gün, 19:00. Yazar: vasif |
![]() ABŞ hüquq-mühafizə orqanları Ağ Evə qarşı hazırlandığı bildirilən hücum planı ilə bağlı yeni məlumatlar açıqlayıb. Rəsmi məlumatlara görə, istintaq çərçivəsində əsas təşkilatçılardan biri hesab edilən şəxs saxlanılıb. Bildirilir ki, Meksika əsilli Abraham Hermosillo Alvarez Nebraska ştatının Omaha şəhərində Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən həbs olunub. İstintaq materiallarında onun hücum planının hazırlanması, koordinasiyası və idarə edilməsində iştirak etdiyi iddia olunur. Məlumatlara əsasən, Alvarez 2001-ci ildə ABŞ-a turist vizası ilə daxil olub və sonradan ölkədə qalmağa davam edib. Daha sonra ona xüsusi immiqrasiya statusu verildiyi bildirilir. İstintaq zamanı müəyyən edilib ki, şübhəlilər Ağ Ev yaxınlığında keçiriləcək kütləvi tədbiri hədəf almağı planlaşdırıblar. İddialara görə, plan çərçivəsində partlayıcı qurğularla təchiz edilmiş pilotsuz uçuş aparatlarından istifadə olunması nəzərdə tutulub. ABŞ təhlükəsizlik qurumları həyata keçirilən əməliyyat nəticəsində mümkün təhlükənin qarşısının alındığını bildirirlər. İş üzrə bir neçə nəfər saxlanılıb, onlarla əlaqədə olduğu iddia edilən digər şəxslərlə bağlı araşdırmalar isə davam etdirilir. Rəsmilər qeyd edirlər ki, istintaq hələ yekunlaşmayıb və hadisə ilə bağlı bütün detallar hüquqi prosedurlar tamamlandıqdan sonra ictimaiyyətə açıqlanacaq. Geri dön |