Ana Sayfa > Özəl > Haluk Leventdən açıqlama: “Məni bağışlayın”
Haluk Leventdən açıqlama: “Məni bağışlayın”Bu gün, 10:00. Yazar: vasif |
![]() Türkiyənin tanınmış sənətçisi və “Ahbap” dərnəyinin qurucusu Haluk Levent barəsində qarşılıqsız çeklərlə bağlı məhkəmə qərarının verilməsi ölkə gündəmində geniş müzakirələrə səbəb olub. Məlumata görə, 2025-ci ildə tərtib edilən iki çeklə bağlı yaranmış hüquqi proses nəticəsində məhkəmə tərəfindən maliyyə sanksiyası tətbiq edilib. Eyni zamanda müəyyən müddət ərzində yeni çek yazılması və çek hesabı açılması ilə bağlı məhdudiyyət qərarı çıxarılıb. Məsələ ilə bağlı sosial media hesabında paylaşım edən Haluk Levent yayılan məlumatların doğru olduğunu təsdiqləyib. O bildirib ki, ödənişlərin hissə-hissə həyata keçirilməsi üçün müraciət hüquqi nümayəndələri tərəfindən edilib və öhdəliklərin yerinə yetirilməsi istiqamətində proses davam edir. Sənətçi açıqlamasında yaranmış vəziyyətlə bağlı təəssüf hissini ifadə edərək, uzun illərdən sonra yenidən belə bir mövzu ilə gündəmə gəldiyini vurğulayıb. Onun “Məni bağışlayın” sözləri sosial şəbəkələrdə geniş rezonans doğurub. Bildirilib ki, məhkəmə qərarı ilə bağlı apellyasiya şikayəti veriləcək. Hüquqi prosesin yekun nəticəsi yuxarı instansiya məhkəməsinin qərarından sonra müəyyənləşəcək. Qeyd edək ki, Haluk Levent təkcə musiqi fəaliyyəti ilə deyil, həm də sosial layihələri və xeyriyyə təşəbbüsləri ilə Türkiyədə geniş tanınan ictimai simalardan biridir. Geri dön |