Ana Sayfa > Manşet / Ölkə > "Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur"
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur"Bu gün, 17:01. Yazar: azer |
![]() Daxili İşlər Nazirliyinə gün ərzində daxil olan müraciətlərin böyük əksəriyyəti sosial media və rəqəmsal mühitlə əlaqədardır. aia.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib. O qeyd edib ki, narkotik vasitələrin satışı da daxil olmaqla, ən ağır cinayət növlərinin əhəmiyyətli hissəsi məhz rəqəmsal mühitdə təşkil və idarə olunur: "Sosial şəbəkələrdə saxta hesablar yaradılır, yalançı şəxsiyyətlər formalaşdırılır və bu saxta kimliklər vasitəsilə uşaqlar müxtəlif cinayətlərə təhrik edilir. Xüsusilə Tik-Tok platforması uşaqlara yalançı şəxsiyyət təqdim edərək onları zərərli informasiyalarla üz-üzə qoyur". E. Hacıyev vurğulayıb ki, ölkənin məktəb və universitetlərində keçirilən görüşlər zamanı şagird və tələbələrlə maarifləndirici söhbətlər aparılıb: "Xüsusilə, rəqəmsal təhlükələr və onlardan qorunma yolları barədə məlumat verilib: "Qanunvericiliyə təklif olunan dəyişikliklər isə hər hansı cəza və ya qadağaların tətbiqi deyil. Bu, rəqəmsal mühitin daha təhlükəsiz və məsuliyyətli idarəsinə xidmət edəcək". Geri dön |