Ana Sayfa > Gündəm / Seçilənlər-5 / Manşet / Aia TV > Balakən Mədəniyyət və Turizm Şöbəsində “Bermud üçbucağı”

Balakən Mədəniyyət və Turizm Şöbəsində “Bermud üçbucağı”


5-10-2015, 12:27. Yazar: admin

Respublikamızın əyalətləri sırasında əhalisinin etnomüxtəlifliyi ilə seçilən rayonlarda dövlətimizin mədəniyyət siyasətinin həyata keçirilməsində korrekt olmağın vacibliyindən yazmışdıq. Bu işi görmək vəzifəsini daşıyan kadrların üzərlərinə düşən məsuliyyətin çox böyük olması barədə məqaləmiz dərc olunandan sonra ictimai qınağa verdiyimiz Balakən rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbərliyinin reaksiyası özünü çox gözlətmədi. Şöbə müdirəsi Şəfəq xanım özü sussa da, onun yerinə özünü “mətbuat xidmətinin rəhbəri Tahirə xanım” kimi özünü təqdim edən şəxs bizimlə danışdı...
...Danışdı və söhbətimiz alınmadı. Çünki o, daşıdığı vəzifənin rəsmi ştat vahidi olub- olmadığı barədə sözarası verdiyimiz sualdan əsəbləşdi. Sonradan əlaqədar insatansiyalarla əlaqə yaradıb dəqiqləşdirdik ki, ümimiyyətlə, rayon şöbəsi statusunda olan mədəniyyət müəssisələrində belə ştat saxlamağa icazə yoxdur. Bir daha bu ehtimalımız təsdiqləndi ki, heç bir idarəçilik təcrübəsi olmayan Şəfəq xanımın sıravi müəllimlikdən birbaşa bütöv bir rayonun mədəniyyət işçiləri ordusuna başçılıq etməli olan vəzifəyə keçirilməsi onun gizli himayədarının qayğısı və diqqəti sayəsində mümkün olmuşdur.
Balakən mədəniyyət sistemindəki informatorlarımız məlumat verirlər ki, rayon mədəniyyət işçiləri sırasından şöbə müdirinin qəbuluna düşməyə, ona öz problemlərindən, dərd-sərlərindən danışmaq istəyənlər əvvəlcə “süzgəcdən keçirilir”, aurası sakit görünənləri, yəni dava etmək potensialı daşımayanları Şəfəq xanım özü qəbul edir, əksinə, qarşılaşdıqları hüqupozmalara etiraz səsini ucaldanların qabağına isə Tahirə çıxır, sinəsini qabağa verib qışqır-bağır salmaq, xox gəlmək yolu ilə onları qorxudub fikirlərindən daşınmalarına nail olur. Yox əgər təzyiq və ya xəbərdarlıq “yuxarıdan” gəlirsə, o halda həmin o Əlahəzrət Himayədar işə müdaxilə edərək, Şəfəq xanımın toxunulmazlığını təmin edir. Bir sözlə, Balakən rayon Mədəniyyət və Turizm Şöbəsində bir növ “Bermud üçbucağı” formalaşıb ki, haqq-ədalət adasına doğru üzən gəmiləri sorub okeanın dibinə çəkir. Düşünmək məyusluq doğurur ki, bu fiqurun “üçüncü bucağı” Mədəniyyət nazirindən də, Balakən RİH-nin başçısından da güclü ola bilər. Hər halda bu güclərin nisbətini aydınlaşdırınca mövzunu diqqət mərkəzində saxlayacağıq.
Geri dön