Ana Sayfa > Özəl > "Real Madrid"dən transfer bombası: 200 milyon avroluq plan

"Real Madrid"dən transfer bombası: 200 milyon avroluq plan


Dünən, 21:17. Yazar: vasif
"Real Madrid"dən transfer bombası: 200 milyon avroluq plan




İspaniyanın nəhəng klubu Real Madrid növbəti mövsümlər üçün heyətini daha da gücləndirmək istiqamətində iddialı planlar qurur. Məlumatlara görə, Madrid təmsilçisi Almaniya çempionu Bayern Munichin ulduz futbolçusu Michael Oliseni transfer etmək niyyətindədir.

İddialara əsasən, klub rəhbərliyi fransalı vingeri gələcəyin əsas layihələrindən biri hesab edir. Futbolçunun sürəti, texniki bacarığı və hücum potensialı onun Avropanın ən perspektivli oyunçularından biri kimi qiymətləndirilməsinə səbəb olub.

Mənbələrin məlumatına görə, Madrid klubu transfer üçün böyük maliyyə ayırmağa hazırdır. Təklifin məbləğinin 150 milyon avrodan başlayaraq müəyyən şərtlər daxilində 200 milyon avroyadək yüksələ biləcəyi bildirilir.

Lakin Almaniya təmsilçisi futbolçunu komandadan göndərmək niyyətində deyil. Klub rəhbərliyi Oliseni gələcək layihənin əsas simalarından biri hesab edir və onunla uzunmüddətli əməkdaşlığı davam etdirmək istəyir.

Hazırda tərəflər arasında rəsmi razılıq olmasa da, transfer bazarında ən çox müzakirə olunan mövzulardan biri məhz Michael Olisenin gələcəyi olaraq qalır. Əgər bu keçid baş tutarsa, son illərin ən bahalı transferlərindən biri kimi futbol tarixinə düşə bilər.

Geri dön