Ana Sayfa > Özəl > Acun Ilıcalının klubu cəza təhlükəsi ilə üz-üzə

Acun Ilıcalının klubu cəza təhlükəsi ilə üz-üzə


Bu gün, 19:44. Yazar: vasif
Acun Ilıcalının klubu cəza təhlükəsi ilə üz-üzə




Türkiyəli media rəhbəri və iş adamı Acun Ilıcalının sahibi olduğu Hull City Premyer Liqaya yüksəlməsinə baxmayaraq, yeni mövsümə xal itkisi ilə başlaya bilər.

Məlumata görə, klub maliyyə qaydalarının pozulması ilə bağlı araşdırma altındadır. İddialara əsasən, klub müəyyən edilmiş maliyyə limitini aşdığı üçün 2026/2027 mövsümündə xal silinməsi cəzası ala bilər.

Bildirilir ki, əsas problem futbolçuların müqavilələrində yer alan və Premyer Liqaya yüksəlişdən sonra aktivləşən bonus ödənişləri ilə əlaqədardır. Bu ödənişlər klubun maliyyə göstəricilərinə təsir göstərərək limitlərin aşılmasına səbəb olub.

Acun Ilıcalı da vəziyyətin mürəkkəb olduğunu etiraf edib. O bildirib ki, maliyyə balansını qorumaq üçün yay transfer dövründə bəzi futbolçuların satılması zərurəti yaranıb. Bununla yanaşı, klub rəhbərliyi Premyer Liqaya yüksəlişin oyunçuların bazar dəyərini artırdığını və bunun maliyyə baxımından üstünlük yaratdığını vurğulayır.

Hazırda yekun qərar verilməsə də, futbol ictimaiyyəti mümkün cəzanın Premyer Liqaya yeni yüksələn komandanın planlarına necə təsir göstərəcəyini maraqla izləyir.

Geri dön