Ana Sayfa > Karusel / Siyasət > Əli Əhmədov Rusiya ilə əməkdaşlıqdan danışdı
Əli Əhmədov Rusiya ilə əməkdaşlıqdan danışdıBu gün, 12:21. Yazar: Subhan |
![]() "Təhsil, elm və səhiyyə sahələrində Azərbaycan-Rusiya əməkdaşlığı məzmunluğu və dinamik inkişafı ilə fərqlənir. Hazırkı görüş tibb kadrlarının hazırlanması, səhiyyə, elm və təhsil sahələrində əməkdaşlığa yönəlib". aia.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclasında deyib. "Əməkdaşlığımıza birgə təhsil proqramlarının həyata keçirilməsi, iki ölkənin ali təhsil müəssisələri arasında tərəfdaşlığın inkişafı, ikili diplom proqramları və tələbələr üçün akademik mobilliyin genişləndirilməsi daxildir. Bu sahələr xalqlarımız arasında humanitar əlaqələrin möhkəmləndirilməsi üçün çox vacibdir. Bu sahələrdə əməkdaşlığın ardıcıl inkişafı Azərbaycan və Rusiyanın ortaq maraqlarına uyğundur. Elm-təhsil mübadilələrinin və səhiyyə sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi peşəkar birliklər arasında etimadı möhkəmləndirir, tərəfdaşlıq münasibətlərinin gələcəkdə də inkişafı üçün möhkəm zəmin yaradır”, -deyə Ə.Əhmədov bildirib. O qeyd edib ki, parlament demokratiyasının inkişafı məsələləri Azərbaycan ilə Rusiya arasında əməkdaşlıqda xüsusi yerə malikdir. Onun sözlərinə görə, gündəlikdəki əsas məsələlərdən biri iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlıq perspektivlərinin müzakirəsidir. "Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi və təcrübə mübadiləsi parlament fəaliyyətinin səmərəliliyinə töhfə verir və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafı üçün əlavə imkanlar yaradır". - deyə MM sədrinin birinci müavini vurğulayıb. aia.az Geri dön |