Ana Sayfa > Siyasət > Oman Sultanı İlham Əliyevi təbrik etdi
Oman Sultanı İlham Əliyevi təbrik etdiBu gün, 17:18. Yazar: Subhan |
![]() Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. aia.az xəbər verir ki, təbrik məktubunda deyilir: "Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi, sülh və firavanlıq arzulayıram". aia.az Geri dön |