Ana Sayfa > Gündəm > Milli Məclisin deputatı Mahir Süleymanlı növbəti vətəndaş qəbulu keçirib
Milli Məclisin deputatı Mahir Süleymanlı növbəti vətəndaş qəbulu keçiribBu gün, 16:23. Yazar: azer |
![]() Milli Məclisin deputatı Mahir Süleymanlı iyunun 17-də parlamentin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib. aia.az xəbər verir ki, qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciət və təklifləri dinlənilib, onları narahat edən problemlər ətraflı müzakirə olunub. Görüşdə qaldırılan məsələlərin bir qismi yerində araşdırılaraq operativ həll edilib. Həlli daha geniş araşdırma tələb edən müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi və nəzarətdə saxlanılması üçün qeydiyyata alınıb. Deputat vətəndaşların qaldırdığı məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib, onların təklif və müraciətlərinin diqqətlə araşdırılacağını vurğulayıb. Geri dön |