Ana Sayfa > Özəl > Almaniyadan Putinə çağırış: “Artıq qərar verməyin vaxtıdır”
Almaniyadan Putinə çağırış: “Artıq qərar verməyin vaxtıdır”Bu gün, 18:16. Yazar: vasif |
![]() Almaniyanın xarici işlər naziri Johann Wadephul Rusiya-Ukrayna müharibəsi ilə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, qarşıdakı yay aylarında Kiyevlə Moskva arasında yeni danışıqlar prosesinin başlaması üçün real imkan yaranıb. Nazirin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin artıq münaqişənin siyasi həlli variantlarını ciddi şəkildə nəzərdən keçirdiyi mərhələyə yaxınlaşır. Vadeful hesab edir ki, hazırkı vəziyyət tərəflərdən heç birinə həlledici hərbi üstünlük qazandırmır. “İnanıram ki, bu yay danışıqlara başlamaq üçün şans var. O, yəqin ki, bunu ciddi şəkildə nəzərdən keçirdiyi nöqtədədir”, – deyə Almaniya XİN rəhbəri vurğulayıb. Vadeful qeyd edib ki, Ukrayna bütün münaqişə dövründə danışıqlara hazır olduğunu nümayiş etdirib. Onun fikrincə, indi əsas qərar Moskvanın qarşısındadır. “Putin artıq qərar verməlidir – danışıqlar aparmaq istəyir, yoxsa atəş açmağa davam etmək?”, – deyə alman nazir bildirib. O əlavə edib ki, müharibənin uzanması nə siyasi, nə iqtisadi, nə də hərbi baxımdan effektiv nəticə vermir. Nazirin fikrincə, Rusiya rəhbərliyi sanksiyaların ölkə iqtisadiyyatına təsirini və beynəlxalq təcridin nəticələrini nəzərə almalıdır. Vadeful həmçinin vurğulayıb ki, Qərbin Ukraynaya dəstəyi davam edəcək və bu istiqamətdə geri addım atılması gözlənilmir. Onun sözlərinə görə, mövcud şərait münaqişənin siyasi həlli üçün nadir imkan yaradır. Alman nazir hesab edir ki, tərəflər hazırkı məqamdan istifadə edərək münaqişənin həllinə yönəlmiş real danışıqlar mexanizmi formalaşdıra bilərlər. Bunun üçün isə ilk növbədə siyasi iradə və kompromisə hazırlıq tələb olunur. Geri dön |