Ana Sayfa > İdman > Daha bir braziliyalı "Barcelona"nın transfer hədəfində

Daha bir braziliyalı "Barcelona"nın transfer hədəfində


21-03-2017, 12:04. Yazar: admin
Daha bir braziliyalı "Barcelona"nın transfer hədəfində







"Barcelona"nın skautları Neymarın vətənində yeni istedad kəşf ediblər. Goal.az xəbər verir ki, söhbət "Flamengo"nun 16 yaşlı hücumçusu Visinius Juniordan gedir. Braziliyanın U-17 yığmasının da aparıcı üzvlərindən olan futbolçu 18 yaşı tamam olana kimi "Barcelona"da qeydiyyatdan keçirilə bilməz. Katalonların yetkinlik yaşına çatamayan futbolçuların transferində yol verdiyi qayda pozuntularına görə FİFA tərəfindən 1 dəfə cəzalandırılıb. Hazırda İspaniya nəhəngi Visisiusun gələcəkdə başqa kluba getməməsi istiqamətində iş aparmaqdadır. "Flamengo" isə onu 30 milyon avroya satmaq barədə düşünməyə başlayıb. "Barcelona" gənc forvardı transfer etmək üçün, həmçinin Neymardan istifadə etmək fikrindədir.




aia.az
Geri dön