Ana Sayfa > Özəl > Ukraynanın Aİ yolunda tarixi mərhələ: Rəsmi üzvlük danışıqları başladı
Ukraynanın Aİ yolunda tarixi mərhələ: Rəsmi üzvlük danışıqları başladıBu gün, 19:00. Yazar: vasif |
![]() Avropa İttifaqı ilə Ukrayna arasında üzvlüklə bağlı rəsmi danışıqlar mərhələsinə start verilib. Bu barədə Avropa Şurasının prezidenti Antonio Costa məlumat verib. Antonio Kosta bildirib ki, iyunun 15-də Ukraynanın Avropa İttifaqındakı gələcəyinə doğru mühüm və tarixi addım atılıb. Onun sözlərinə görə, rəsmi üzvlük danışıqlarının başlanması Kiyevin Avropaya inteqrasiya prosesində yeni mərhələnin əsasını qoyur. Avropa Şurasının prezidenti vurğulayıb ki, bu qərar Ukraynanın Aİ ilə siyasi, hüquqi və institusional yaxınlaşmasının daha da sürətlənməsinə imkan yaradacaq. Kiyev də öz növbəsində Avropa İttifaqına üzvlük üçün tələb olunan bütün şərtləri yerinə yetirməyə hazır olduğunu bəyan edib. Ukrayna hakimiyyəti həm hazırda qüvvədə olan, həm də gələcəkdə müəyyən edilə biləcək tələblərin icrası istiqamətində işləməyə hazır olduqlarını açıqlayıb. Beləliklə, Ukrayna Aİ-yə qəbul prosesi üzrə tammiqyaslı danışıqlara başlayıb. İlk mərhələdə beş əsas istiqaməti əhatə edən danışıqlar klasterinin açıldığı bildirilib. Bu klasterlərə qanunun aliliyi, azadlıq və təhlükəsizlik məsələləri, fundamental hüquqların qorunması, maliyyə nəzarəti, dövlət satınalmaları və statistika sahələri daxildir. Məhz bu istiqamətlər Avropa İttifaqına üzvlük prosesində əsas meyarlar hesab olunur. Ekspertlər qeyd edirlər ki, danışıqların başlanması Ukraynanın yaxın vaxtlarda Aİ üzvü olacağı anlamına gəlmir. Lakin bu addım ölkənin Avropa strukturlarına inteqrasiyası istiqamətində ən mühüm siyasi qərarlardan biri kimi qiymətləndirilir. Müşahidəçilərin fikrincə, qarşıdakı mərhələdə Ukraynanı geniş islahatlar, qanunvericilik dəyişiklikləri və Avropa standartlarına uyğunlaşma prosesi gözləyir. Bununla belə, rəsmi danışıqların başlanması Kiyevin Avropa İttifaqına üzvlük yolunda mühüm uğuru hesab edilir. Geri dön |