Ana Sayfa > İqtisadiyyat > Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
Dünya bazarında qızıl və gümüş ucuzlaşıbBu gün, 10:30. Yazar: Subhan |
![]() Əmtəə bazarlarında qiymətli metalların qiymətlərində enmə müşahidə olunub. aia.az xəbər verir ki, birja məlumatlarına əsasən, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,1% azalaraq 4 347,3 ABŞ dollarına düşüb. Eyni zamanda, gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də geriləyib. Belə ki, bu qiymətli metalın dəyəri 0,45% azalaraq 69,87 ABŞ dolları təşkil edib. Beləliklə, dünya əmtəə bazarlarında həm qızıl, həm də gümüş üzrə fyuçers müqavilələrində qiymət azalması qeydə alınıb. aia.az Geri dön |