Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı


Bu gün, 10:26. Yazar: Subhan
Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

İyunun 15-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

aia.az
Geri dön