Ana Sayfa > Manşet / Siyasət / Özəl > Göydəniz Qəhrəmanov: “Şuşa Bəyannaməsi xarici ölkələrdə olan Türk və Azərbaycan icmaları arasında münasibətlərin dərinləşməsinə mühüm töhfədir”

Göydəniz Qəhrəmanov: “Şuşa Bəyannaməsi xarici ölkələrdə olan Türk və Azərbaycan icmaları arasında münasibətlərin dərinləşməsinə mühüm töhfədir”


Dünən, 22:25. Yazar: azer
Göydəniz Qəhrəmanov: “Şuşa Bəyannaməsi xarici ölkələrdə olan Türk və Azərbaycan icmaları arasında münasibətlərin dərinləşməsinə mühüm töhfədir”

“2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərinə əsaslanıb və eyni zamanda da bu mühüm tarixi sənəd həmin münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir və azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə ölkələrimizin gələcək iş birliyinin istiqamətlərini göstərir. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır, münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir. Bu gün ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.”

Millət vəkili Göydəniz Qəhrəmanov bu sözləri aia.az-a verdiyi açıqlamasında deyib.

Şuşa Bəyannaməsinin imzalanmasının 5-ci ildönümü ilə bağlı fikirlərini paylaşan deputat bildirib ki, Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək önəmli məsələlərdən biri ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən və bu sahədə strateji məqsədlərin olmasından ibarətdir: “Qarşılıqlı investisiya qoyuluşları hər iki ölkənin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. Həmçinin Şuşa Bəyannaməsi xarici ölkələrdə olan Türk və Azərbaycan icmaları arasında münasibətlərin dərinləşməsinə mühüm töhfədir. Məlumdur ki, bu gün beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platformaları və diaspor sferasında daha sıx işbirliyinə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan məsələlər bəyannamədə öz əksini tapıb. O cümlədən hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsi də bu məsələlərə aiddir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.

Geri dön