Ana Sayfa > İqtisadiyyat > Hesablama Palatası: Turizm sektoru ötən il hədəflərə tam nail ola bilməyib

Hesablama Palatası: Turizm sektoru ötən il hədəflərə tam nail ola bilməyib


Bu gün, 17:23. Yazar: vasif
Hesablama Palatası: Turizm sektoru ötən il hədəflərə tam nail ola bilməyib


2025-ci ildə Azərbaycanda turizm və ictimai iaşə sektoru müsbət dinamika nümayiş etdirsə də, əvvəlcədən müəyyən edilmiş hədəflərə tam nail ola bilməyib.

aia.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, ötən il turizm və ictimai iaşə sektorunda real artım 8,5 % təşkil edib. Halbuki ilin əvvəlində bu sahə üzrə 15,9 %-lik artım proqnozlaşdırılıb Sonradan gözlənilən göstərici 9,9 %-ə endirilsə də, faktiki nəticə bundan da aşağı olub.

Palatanın təhlillərinə əsasən, qeyri-neft-qaz sektorunda artıma ən böyük töhfə nəqliyyat və ticarət sahələrindən gəlib.
Geri dön