Ana Sayfa > Dünya > İsraildən ABŞ-İran razılaşmasına REAKSİYA: Banan ölkəsi deyilik…
İsraildən ABŞ-İran razılaşmasına REAKSİYA: Banan ölkəsi deyilik…Bu gün, 13:54. Yazar: vasif |
![]() İsrail ABŞ-İran razılaşmasını icra etməyə məcbur deyil. aia.az xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. O bildirib ki, Təl-Əviv Hizbullahın tamamilə məhv edilməsindən və İsrail ordusunun nəzarət etdiyi ərazilərdə mövcudluğundan başqa heç bir şey qəbul edə bilməz. "İsrail ABŞ-a tabe deyil; biz müstəqil və suveren bir dövlətik! Biz ABŞ-ı sevirik və Prezident Trampa sonsuz minnətdarıq. Buna baxmayaraq, İsrail dövləti banan respublikası deyil", - israilli nazir qeyd edib. O, İsrailin əsas məsuliyyətinin vətəndaşlarının təhlükəsizliyini təmin etmək olduğunu vurğuladı. "Hər dəfə İsrailin təhlükəsizliyi bahasına beynəlxalq təzyiqə təslim olanda, qanlı bir qiymətə faiz ödəmişik",- Ben-Qvir vurğulayıb. Nazir qeyd edib ki, mövqeyim aydındır: “Biz təhlükəsizliyimizə əhəmiyyət verməyən və bizi heç bir şəkildə öhdəlik götürməyən bu müqavilədə tərəfdaş deyilik". Geri dön |