Ana Sayfa > Ölkə > Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video

Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video


15-06-2026, 09:30. Yazar: vasif
Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

“aia.az” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2015-ci il təvəllüdlü uşağın başının stadionun dəmir barmaqlıqları arasında sıxılaraq təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrini tətbiq edərək E.Gülməmmədovu xilas ediblər.



Geri dön