Ana Sayfa > Ölkə > Saxlanılan gömrükçülərin üçü buraxıldı: RƏİS MÜAVİNİ HƏBS EDİLDİ
Saxlanılan gömrükçülərin üçü buraxıldı: RƏİS MÜAVİNİ HƏBS EDİLDİBu gün, 18:34. Yazar: vasif |
![]() İyunun 11-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatla bağlı yeni detallar məlum olub. aia.Az "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan 4 gömrük əməkdaşından 3-ü sonradan sərbəst buraxılıb. Məlumata əsasən, saxlanılan şəxslərdən biri - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbə rəisi müavini İsmayıl Əliyev barəsində isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, iyunun 11-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirdiyi, əməliyyat zamanı 4 əməkdaşın saxlanıldığı barədə məlumat yayılmışdı. Həmin şəxslərdən ikisinin qadın əməkdaş olduğu bildirilirdi. Faktla bağlı araşdırmalar davam edir. Geri dön |