Ana Sayfa > Ölkə > Göyçayda "avtoş"lar saxlanıldılar

Göyçayda "avtoş"lar saxlanıldılar


Bu gün, 16:54. Yazar: azer
Göyçayda "avtoş"lar saxlanıldılar

Göyçayda avtoxuliqanlıq edən sürücülər həbs olunub.

aia.az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər zamanı avtoxuliqanlıq edən sürücülər Nihat Rəhimli, Cavidan Sədiyev və Cahid Məmmədov saxlanılıb. Onlar idarə etdikləri avtomobillərlə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozublar.

Sürücülər barəsində protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxslərin sürücülük hüququ məhdudaşdırılmaqla inzibati qaydada həbs olunublar.
Geri dön