Ana Sayfa > Parlament > Zahid Oruc:

Zahid Oruc:


Bu gün, 11:45. Yazar: Subhan
Zahid Oruc:

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, 15 İyun təkcə 1993-cü ilin hadisələri ilə deyil, Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtələrini özündə birləşdirən simvolik gündür.

aia.az-ın xəbərinə görə, o qeyd edib ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına və gələcək qələbələrin əsasının qoyulmasına şərait yaradıb. Deputatın sözlərinə görə, Qarabağın azad olunması ilə Azərbaycan həm ərazi bütövlüyünü bərpa edib, həm də uzun illər davam edən münaqişəyə son qoyub.

Zahid Oruc vurğulayıb ki, hər iki Qarabağ müharibəsi eyni məqsədə xidmət edib və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfər ölkənin müstəqilliyini və suverenliyini daha da möhkəmləndirib.

Komitə sədri əlavə edib ki, Azərbaycan Qurtuluşdan Zəfərə gedən yolda işğal, məğlubiyyət və siyasi asılılıq dövrünü geridə qoyaraq yeni inkişaf mərhələsinə qədəm qoyub.

aia.az
Geri dön