Ana Sayfa > İqtisadiyyat > Kit Harinqton Dolce&Gabbana-nın The One for Men ətrinin yeni simasıdır
Kit Harinqton Dolce&Gabbana-nın The One for Men ətrinin yeni simasıdır19-03-2017, 11:35. Yazar: admin |
2017-ci ilin sentyabr ayından etibarən, Britaniyalı aktyor Kit Harinqton Dolce&Gabbana-nın The One for Men ətirlər seriyasının yeni siması olacaqdır. "Kit Harinqton - əsl Dolce&Gabbana kişisini gördüyümüz kimidir: cavan, təbii cazibəli, xarizmatik, zəngin xarakterik cizgiləri ilə. The One for Men üçün başqa sima ola bilməzdi. Biz çox xoşbəxtik ki, o Dolce&Gabbana ailəsinə qatılır". Domeniko Dolçe və Stefano Qabbana. The One for Men - dəyişməz, ehtiraslı və zərif ətirlər seriyasıdır, klassik və eyni zamanda müasir, parlaq və cəlbedici. Tütün və nəfis ağac notlarının mükəmməl ahəngi nəticəsində əldə edilən ədviyyəli şərq ətridir. aia.az Geri dön |