Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanıldı


Bu gün, 10:53. Yazar: Subhan
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanıldı

İyunun 11-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 134, o cümlədən borclu şəxs qismində axtarışda olan 106 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

aia.az
Geri dön