Ana Sayfa > Karusel / Dünya > İran XİN Trampın sözlərini təsdiqlədi

İran XİN Trampın sözlərini təsdiqlədi


Bu gün, 09:49. Yazar: Subhan
İran XİN Trampın sözlərini təsdiqlədi

İran və ABŞ arasında anlaşma memorandumunun mətni əsas bəndlər üzrə razılaşdırılıb.

aia.az “Press TV”yə istinadən xəbər verir ki, bu bəyanatla İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai çıxış edib.

Onun sözlərinə görə, münaqişənin dayandırılmasına yönəlmiş potensial sazişin əsas hissələri ilə bağlı razılıq əldə olunub.

“Mətnin əsas bəndləri demək olar ki, razılaşdırılıb. Problem ondadır ki, ABŞ-nin ziddiyyətli mövqeyi hər zaman bu prosesdə fasilələrə səbəb olub”, - Bəqai bildirib.

ABŞ mətbuatı isə İran tərəfinin artıq sazişə razılıq verdiyini və yalnız Ali Lider Müctəba Xameneinin təsdiqinin gözlənildiyini açıqlayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla müharibəyə son qoyduqlarını, nüvə silahı məsələsində razılığın əldə olunduğunu bəyan etmişdi.

aia.az
Geri dön