Ana Sayfa > Dünya > ABŞ onun da qaçırılmasını nəzərdən keçirir

ABŞ onun da qaçırılmasını nəzərdən keçirir


Bu gün, 13:06. Yazar: Subhan
ABŞ onun da qaçırılmasını nəzərdən keçirir

ABŞ Kuba Prezidenti Migel Dias-Kanelin ələ keçirilərək ölkədən çıxarılması variantını da nəzərdən keçirir.

aia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset jurnalistlərlə söhbətində deyib.

“Bütün variantlar masa üzərindədir”- ABŞ-nin müharibə naziri bildirib.

Bununla belə, o, yekun qərarın ABŞ Prezidenti Donald Tramp tərəfindən veriləcəyini əlavə edib.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində Prezident Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb. Sabiq Venesuela liderinə qarşı narkoterrorizm və narkotik ticarəti ittihamları irəli sürülüb.

aia.az
Geri dön